Məktəbin idarə heyəti və müəllim heyətinin iştirakı ilə onlayn görüş keçirildi

30 dekabr 2020-ci il tarixində məktəbin idarə heyəti və müəllim heyətinin iştirakı ilə Microsoft Teams platforması üzərindən növbəti onlayn görüş keçirildi.Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-512 nömrəli və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-233 nömrəli əmrinin icrası ilə bağlı görülən işlər və Dünya azərbaycanlılarının Həmrəylik günü ilə bağlı keçirilən məktəbdaxili işlər müzakirə olundu.Onlayn dərslərin keçirilməsində dərslərin keyfiyyətini artırmaq,şagirdlərin dərsə davamiyyətini yüksəltmək üçün məktəb rəhbərliyi tərəfindən tövsiyyələr verildi.

Daha sonra Lütfi Zadə adına Məktəblilərarası V Məntiq olimpiadasının I mərhələ nəticələri müzakirə olundu.

IX-XI sinif şagirdlərinin onlayn dərslərdə iştirak keyfiyyətini artırmaq məqsədilə siniflərdə fənnləri tədris edən müəllimlərə metodbirləşmə sədrləri tərəfindən tövsiyyələr verildi.Müəllimlərin növbəti tədris ili üçün təklif və iradları dinlənildi.

Sonda Məktəb rəhbərliyi Pedaqoji heyəti qarşıdan gələn Dünya azərbaycanlılarının Həmrəylik günü münasibətilə ürəkdən təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi