Zəfər tarixinin memarı
ZƏFƏR tariximizin memarı, çoxəsrlik qalib türk dünyasının qəhrəman oğlu cənab İlham Heydər oğlu Əliyev- Azərbaycan xalqının yaralarına məlhəm olmaq üçün Tanrı sizi bizə bəxş etmişdir. 30 illik məğlubiyyət acısından sarsılmaz inamı və qətiyyəti sayəsində gecə gündüz deməyərək işğal altında olan torpaqlarımızın vahid Azərbaycana birləşdirilməsi yolunda istər natiqlik bacarığı, istərsə də hərbi strategiyası ilə mənfur düşmənə qan udduran, Azərbaycanın - ürəyi xalqla döyünən, xalqı da müdrik və cəsarətli başçısından güc alan Qəhrəman övladı, yenilməz sərkərdəsisiniz. Siz bu xalqa QURTULUŞ gətirdiniz. Neçə Qarabağlının, sinəsinə dağ çəkilmiş köçkünün gözünə işıq, üzünə təbəssüm, həyata inam olmusunuz. Bizə bir olmaq, həmrəy olmaq şərəfini yaşatmısınız. Azərbaycan xalqını qələbəyə addım-addım apararaq qədəm basdığımız torpağı gülüstana çevirmisiniz. Tapdalanan namusun qisasını almısınız.
İlk öncə bu böyük qələbənin şəksiz və şəriksiz memarı kimi sizinlə qürur duyuruq, misilsiz sevinc və iftixarı bizə bəxş etdiyiniz üçün Sizə minnətdarıq. Qalibiyyət dolu doğum gününüz MÜBARƏK olsun.
Çox yaşa, bizimlə yaşa, CƏNAB PREZİDENT..........