Doğum gününüz mübarək cənab Prezident
Bu gün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin doğum günüdür.
Ümummilli liderimiz Heydər Əliyevin başladığı haqq yolunu, müəyyənləşdirdiyi siyasəti uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən indiyədək Azərbaycanda olduqca böyük,əhəmiyyətli işlər görülmüşdür.Müasir dünyagörüşünə, yüksək bilik və bacarığa,siyasi savada malik olan İlham Əliyev təkcə prezidentliyi dövründə deyil,ondan əvvəl də Azərbaycanın hərtərəfli inkişafı naminə gördüyü işlərlə xalqın sevimlisinə çevrilmiş,ölkəmizin hər bir vətəndaşının rəğbətini qazanmışdır.
İlham Əliyev, ustad xalq şairimiz Nəriman Həsənzadənin sözləriylə desək,elm adamlarının,sənətkarların,mədəniyyət işçilərinin,yazıçı və şairlərin,ümumiyyətlə, bütövlükdə öz xalqının ,millətinin bütün nümayəndələrinin ürəyini sığallamağı bacaran bir rəhbərdir.Bu ənənə də Heydər Əliyev siyasət və mənəviyyat məktəbinin məhsuludur.
Bütün bunlarla yanaşı,İlham Əliyev ilk növbədə ölkəmizin gələcəyi olan şagirdlərin dayağı,onların gələcəyinin qarantı və təminatçısıdır.
İlham Əliyevin rəhbərliyi ilə bir sıra mövcud problemlər həll olunmuşdur.Bu günə qədər xalqımızı ciddi narahat edən ən böyük problem Qarabağın işğaldan azad olunması İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.Azərbaycan bundan sonra da cənab Prezidentin rəhbərliyi ilə inkişaf edəcək,çiçəklənəcək.
301 saylı tam orta məktəbin rəhbərliyi və müəllim heyəti adından möhtərəm Prezidentimizi doğum günü münasibəti ilə təbrik edirik və ona yeni-yeni uğurlar arzu edirik.