2783 adlı əsgər sovqatı
Azərbaycanlıyam. Necə də qürurlu səslənir bu söz. Bu hissi yaşayan hər kəs xoşbəxtdir. Xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı var. Onu yağılardan qoruyan güclü ordusu var.
Məktəbin IV c sinif şagirdi Qurbanzadə Dəyanət və V ç sinif şagirdi Qurbanzadə Fatimə öz kiçik ürəklərinin nə qədər böyük olduğunu göstərərək əsgərlərimizə sovqat göndərmişlər.Biz məktəb olaraq vətənpərvər şagirdlərimizlə qürur duyur,fəxr edirik.