Şəhidlərimizi qürurla anırıq
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim
-deyən Vətənimin Qəhrəman oğlu, DİN-nin XTD-nin əfsanəvi "Rembo" ləqəbli komandiri şəhid Şixamir Qaflanovun doğum günüdür. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin F-512 nömrəli əmri və məktəbin Fəaliyyət Planına uyğun olaraq Tərbiyə işləri üzrə direktor müavini və tarix fənn müəllimi Pərvanə Şabanovanın təşəbbüs və təşkilatçılığı ilə şəhid Şixamir Qaflanovu doğum günündə anmaq üçün "Şəhidlərimizi qürurla anırıq" adlı onlayn dərs təşkil edilmişdir. Onlayn dərsdə şəhidin tarix müəllimi iştirak edərək şəhid qəhrəmanımız haqqında xatirələrini bölüşmüşdür. Görüşdə şəhidin döyüş yoluna nəzər salınmış və qəhrəmanımızla bağlı videoçarx nümayiş etdirilmişdir.
"Müharibə başlasaydı şəhid olardım" deyən Şixamir Qaflanov 44 günlük zəfər tariximizin 23 günündə mərdliklə vuruşmuş, Azərbaycan ordusunun qələbə qazanmasında öz şücaətini gostərmiş və oktyabrın 19- da öz dəstəsinnən bir nəfər belə itki verməyən yeganə Xüsusi Təyinatlı Dəstə komandiri kimi Şixamir Qaflanov Şəhidlik zirvəsinə ucalmışdır.
Məkanın cənnət olsun Şəhidim.