"Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olan türk sərkərdələri"adlı onlayn açıq dərs

Təhsil Nazirliyinin F-512 nömrəli əmri ilə "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" fəaliyyət planına əsasən məktəbin Tarix müəllimi Quliyeva Pərvanə VIII a sinfində "Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olan türk sərkərdələri" adlı onlayn açıq dərs keçirmişdir.
Azərbaycanın dövlətçilik tarixində öz dövrünün ən böyük sərkərdəsi olmuş insanlar olub. Bunlardan biri XVIII əsrdə yaşamış Nadir şah Əfşar, digəri isə XXI əsrin ən böyük sərkərdəsi İlham Əliyevdir. Azərbaycan türklərindən olan hər iki böyük sərkərdə , dövlət xadimləri öz polad iradələri,cəsarətləri, ağıllı tədbirləri, hədsiz rəşadət və şücaətləri ilə qarşıya çıxan çətinlikləri mərdliklə aradan qaldırıb düşmənlərin öhdəsindən layiqincə gəlirdi. 
Nadir şahın Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda apardığı mübarizəni biz tarix kitablarından bilsək də, İlham Əliyevin torpaqlarımızın bütövlüyü uğrunda apardığı mübarizənin canlı şahidləriyik biz. Onun istər döyüş meydanında,istər diplomatik  meydanda apardığı mübarizə gələcək nəsillər üçün nümunədir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi