Xudafərin-həsrət körpüsü
Təxminən səkkiz-doqquz yüz il əvvəl tikildiyi güman edilən Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirirdi. Bu körpülər Azərbaycanın Cəbrayıl rayonunun ərazisindədir. Vaxtı ilə İpək yolunun üzərində yerləşən körpülərdən biri on beş, digəri on bir aşırımlıdır.
Xudafərin körpüləri nələrin şahidi olmayıb? Orta əsrlər feodal müharibələrinin, Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşünün, Rusiya-İran müharibələrinin, sovet rejimi repressiyalarının, XX əsrin sonlarında Cəbrayılın Ermənistan tərəfindən işğalının və 2020-ci ilin oktyabrında Cəbrayılın işğaldan azad olunmasının...
Məktəbin IV sinif şagirdləri arasında "Xudafərin-həsrət körpüsü" adlı onlayn rəsm müsabiqəsi keçirilmişdir.Müsabiqədə məktəb rəhbərliyi tərəfindən məktəbin IV ç sinif şagirdi Quluzadə Hüseyn I yer,IV a sinif şagirdləri Sətdarlı Sübhan,Sətdarlı Rəşad II yer,IV b sinif şagirdi Səlimov Hüseyn və IV c sinif şagirdi Quliyeva Nuray III yer Fəxri Fərmanla təltif olunmuşdur.Şagirdlərimizi təbrik edirik və uğurlar arzulayırıq.