Pedaqoji kollektivlə videokonfrans

27 noyabr 2020-ci il tarixində pedaqoji kollektiv ilə Microsoft Teams platforması üzərindən videokonfrans keçirildi.
Konfrans zamanı 27 sentyabr tarixindən başlanan və 44 gün davam edən II Qarabağ müharibəsində Şuşa şəhərinin və ölkənin işğal altında olan digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin 
əldə etdiyi nailiyyətlərdən danışıldı.Eləcə də, məktəb rəhbərliyi tərəfindən şəhidlərimiz və qazilərimiz anıldı.Vətən oğullarının ərazi bütövlüyümüzü bərpa etmək üçün qanından, canından necə mərdliklə keçməsindən söz açıldı. 

Konfransda TN-in 16.11.2020-ci il tarixli F-512 və BŞTİ-nin 24.11.2020-ci il tarixli F-233 nömrəli əmri ilə "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" fəaliyyət planı pedaqoji kollektivin nəzərinə çatdırıldı.Məktəbin tarix müəllimi A.Əcəb ,Dil-ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Ə.Zümrüd ,Riyaziyyat fənni üzrə medodbirləşmə sədri D.Kamil və digər müəllimlər göndərilən əmrlə bağlı öz təkliflərini irəli sürdülər.Konfrans zamanı fəaliyyət planına uyğun olaraq verilən əmr pedaqoji heyət tərəfindən müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi