"Qansa qan, Cansa can, Yetər ki,sən dalğalan!" mövzusunda onlayn şeir müsabiqəsi
Binəqədi Rayon İcra Hakimiyyəti , Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən 9 noyabr-"Dövlət Bayrağı Günü" münasibətilə "Qansa qan, Cansa can, Yetər ki,sən dalğalan!" mövzusunda onlayn şeir müsabiqəsi keçirilmişdir.Müsabiqənin keçirilməsində məqsəd şagirdlər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi, yeniyetmelər və gənclər arasında dövlət atributlarının təbliği, istedadlı şagirdlərin bədii-qiraət sahəsində öz bacarıqlarını nümayiş etdirilməsi üçün şərait yaradılmasıdır.
Müsabiqədə məktəbin şagirdləri də fəal iştirak etmiş və V ç sinif şagirdi Qurbanzadə Fatimə öz şeiri ilə fərqlənmişdir.