17 noyabr-Milli Dirçəliş günü
1988-ci ildə Sovet imperiyasının dağılmasıyla bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar baş verdi. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır,uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atdı. 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq,imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəliş yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet imperiyasının xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 Noyabr Milli Dirçəliş günü kimi qeyd olunur.
Məktəbin Tarix müəllimi Quliyeva Pərvanə VII b sinfində keçirilən tarix dərsini 17 noyabr Dirçəliş gününə həsr etmişdir.
Dirçəliş günün mübarək Azərbaycan