Məktəbdə növbəti onlayn Pedaqoji şura iclası keçirildi
02 noyabr 2020-ci il tarixdə məktəbin direktoru Sevda Sarıyeva tərəfindən Microsoft Teams proqramı vasitəsilə növbəti onlayn Pedaqoji şura iclası keçirildi.İclasda S.Sarıyeva ölkəmizin ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan və hazırda da müvəffəqiyyətlə döyüşlərin davam etdiyi,eyni zamanda Covid-19 virusu ilə mübarizə aparıldığı dövrdə hər kəs kimi müəllimlərimizində həssas yanaşdığını,hər iki mübarizədə ölkəmizin qalib gələcəyinə əmin olduğunu və bunun üçün müəllim olaraq fəaliyyətimizi layiqincə yerinə yetirəcəyimizi vurğuladı.Daha sonra iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il tarixli xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə qərarına əsasən 2 noyabr tarixdən tədrisin və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinin təmin edilməsi üçün məktəbin müəllimlərinə mühüm təlimatlar verildi.Eyni zamanda iclasda sinif jurnalların yazılması,distant dərs cədvəllərinin dərslərin davametmə müddəti və dərslər arasındakı fasilə nəzərə alınmaqla Teams proqramında yerləşdirilməsi üçün sinif rəhbərlərinə göstərişlər verildi.Müəllimlərin keçəcəyi distant dərslərə böyük məsuliyyətlə yanaşmaqla bağlı dəyərli məsləhətlər verildi.
Daha sonra müəllimləri maraqlandıran suallar cavablandırıldı.