18 oktyabr Dövlət Müstəqillik günüdür
Müstəqillik günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini bərpa etmişdir.1991-ci ilin oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb.Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd -Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qeyd olunub.
Bir xalqın ən böyük sərvəti onun müstəqilliyidir.Biz 29 ildir ki,müstəqil olmağın sevincini,qürurunu duyuruq. Müstəqilliyimiz dönməzdir,sarsılmazdır,əbədidir.Əbədi müstəqilliyin mübarək,Azərbaycan.