Sülhü birgə formalaşdıraq

BMT-nin Elm,Təhsil və Mədəniyyət Təşkilatının yaranmasının 75 illiyinin qeyd olunması məqsədi ilə 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunmuş uşaq və gənclər arasında "Sülhü birgə formalaşdıraq" adı altında rəsm müsabiqəsi keçirilir.Rəsm müsabiqəsinin keçirilməsinin əsas məqsədi uşaq və gənclər arasında BMT və Yunesko tərəfindən hər il 21 sentyabr tarixində qeyd olunan Beynəlxalq Sülh Gününə diqqəti cəlb etmək,qeyri-zorakılıq düşüncəsini formalaşdırmaq,sülh mədəniyyəti ideya və dəyərlərini aşılamaq, ailədaxili konfliktlərin qarşısını almaq,vətənpərvərlik,milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək,habelə onların bədii-estetik səviyyəsini yüksəltmək,incəsənət üzrə istedadlı gənclərin üzə çıxarılması,onların qabliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Məktəbin V b sinif şagirdləri Ələkbərova Nigar,Fətəliyeva Nur və VIII C sinif şagirdi Adıgözəlova Xanım müsabiqədə rəsm nümunələri ilə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi