Pandemiya dövründə sosial davranış qaydaları barədə maarifləndirici söhbət
07.10.2020-ci il tarixdə məktəbin psixoloqu Leyla Məsimli tərəfindən pandemiya dövrü üçün vacib olan sosial davranış qaydaları haqqında söhbət aparıldı. Bu söhbət zamanı düzgün sanitar-epidemik qaydalara riayət etmək vasitələri şagirdlərə izah olundu. Sosial məsafəni gözləmək, dezinfeksiyaedici spirt məhlullardan istifadə əsas davranış kimi şagirdlərə tövsiyyə olundu.