18 avqust - sərhədçilərin peşə bayramı günüdür.

Sərhəd Qoşunlarının möhkəmlənməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Çünki hər bir ölkənin ərazisi onun sərhəddindən başlayır. Azərbaycanın sərhəd mühafizəsinin keyfiyyətcə yenidən təşkili, formalaşdırılması və inkişafı müasir tariximizin yaradıcısı, müasir Azərbaycan dövlətinin qurucusu, dövlətimizin müstəqilliyini əbədi və dönməz edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1919-cu il avqustun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti sərhədlərin mühafizəsi haqqında qanun qəbul etmişdir. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli sərəncamı ilə 18 avqust hər il sərhədçilərin peşə bayramı günü kimi qeyd olunur. Azərbaycan sərhədçiləri ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında əsl rəşadət göstərirlər. Dövlət sərhədimizin Azərbaycan sərhədçiləri tərəfindən qorunması milli dövlətçiliyin mühüm atributlarından olaraq xalqımızın əmin-amanlıq şəraitində yaşaması üçün əsas təminatlarından biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi