Ağdamın işğalından 27 il keçir

 Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Ağdam musiqi irsinin mühüm hissəsinə muğam daxildir. Şəhərin tanınmış sakinlərdən dramaturq Məcid Şamxalov, pediatr Ədilə Namazova,  Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov, Milli Qəhrəman Natiq Əhmədov, yazıçı Ramiz Abbaslı, aktyor Murad bəy Muradov, tarzən Qurban Pirimov, xanəndə Nəzakət Teymurova, Sosialist Əməyi Qəhrəmanı Əminə Cəfərova, film direktoru Rimma Abdullayeva, futbolçu Vüqar Nadirovu və digərlərini qeyd etmək olar.

 Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı. 

 İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 204 min nəfərdən çox əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir,  əhalisinin 160 000-nə yaxını məcburi köçkündür. Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Qarabağ müharibəsinin ilk şəhidlərini məhz Ağdam rayonu vermişdir. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulmuşdur.

 Kəlbəcər dərd yerim, Ağdam qəm çağım,
 Yurd yeri boş qalan, ağlar oylağım.
 Düşmən əlindədir hələ torpağım,
 Gözündən qan axır Şuşa bulağın.
 Bu gün ürəyimin yanan günüdür,
 Bu gün Ağdamımın talan günüdür.

#EvdəQal #EvdəXatırla

#301nömrəliməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi