Torpaq, uğrunda ölən varsa Vətəndir!!!

 Vətənin hər bir insanın həyatında müqəddəs yeri var. İnsan hələ kiçik yaşlarından Vətənin doğmalığını, onun təkrarolunmazlığını və ya sadəcə olaraq “Ana Vətən” kəlməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub hiss edir. Yaşa dolduqca dərk edirik ki, bu torpaqda yaşayırıqsa, bu yurdun havasını udub, suyunu içiriksə, bizə bu diyar həyat veribsə, deməli, biz bu ölkənin vətəndaşıyıq, bu torpağın övladıyıq. Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə - Azərbaycanımıza borcluyuq.

 Yurdumuzda gözü olan düşmənləri qəlbimizdəki Vətən sevgisinin gücü, Vətən məhəbbətinin atəşi ilə yandırıb məhv etməliyik. Vətən həm də ona görə böyük və qiymətlidir ki, onda ulu babalarımızın, şəhidlərimizin ölməz izi vardır.

 Odlar Yurdu Azərbaycan indi bir daha tarixin növbəti sınağından keçir. İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Tovuz rayonunda sərhəd xəttindəki mövqelərini artilleriya qurğularından atəşə tutub. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycanın 11 oğlu qəhrəmancasına şəhid olub. Biz də öz növbəmizdə şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Allah rəhmət eləsin!

 Unutmamalıyıq ki, biz Vətən uğrunda qanlarıyla dastanlar yazanların, şəhidlər verən bir millətin övladlarıyıq.

 #BaşınSağolsunAzərbaycan

 #ŞəhidlərÖlməzVətənBölünməz

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi