2 İyul - Azərbaycan Polisi Günü

  Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış 29 may 1998-ci il tarixli Fərmanla iyulun 2-nin Azərbaycan Polisi günü elan olunması, milli polisin çoxillik tarixi və peşə ənənələrinin davam etdirilməsinə təkan verməklə yanaşı, həm də polis əməkdaşlarının əməyinə verilən yüksək qiymətin məntiqi nəticəsi idi. 102 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Onun vəzifəsi, borcu həm dövlətin mənafeyini, həm də hər bir vətəndaşın hüquqlarını qorumaqdır. Ölkəmizdə ictimai asayişin və sabitliyin qorunmasında Azərbaycan polisi müstəsna rol oynayır. Bu gün koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərdə də Azərbaycan polisi aktiv iştirak edir, gərgin rejimdə işləyir. Bu gün münasibətilə bütün polislərimizi təbrik edir, ağır və məsuliyyətli işlərində uğurlar arzulayırıq!

#AzərbaycanPolisiGünü

#GücümüzHəmrəylikdədir

#BizBirlikdəGüclüyük

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi