Azərbaycan Silahlı Qüvvələri Günü

 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində  ölkəmizin müstəqilliyinin tarixidir.

 Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi, Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general - leytenant Əliağa Şıxlinski  nazir müavini təyin edildilər.

 Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri müasir dövrdə qorunub saxlanılır və inkişaf etdirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev müasir müstəqil dövlətimizin memarı olmaqla yanaşı, həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu vardır. Azərbaycan Ordusu  qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır.

 Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

 Məktəbin 4a sinif rəhbəri Ağamalıyeva İradə şagirdləri ilə birlikdə onlayn görüş təşkil edərək Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd etmiş, şagirdlər də öz növbəsində vətənə, orduya aid şeirlər söyləmiş və videoçarx hazırlamışlar.

#EvdəQal #EvdəXatırla
#BizBirlikdəGüclüyük
#301nömrəliməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi