Dənizçi Günü

  Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə hər ilin 25 iyun tarixi Azərbaycan Respublikasında "Dənizçi Günü” peşə bayramı olaraq qeyd edilir. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dəniz nəqliyyatının inkişaf prosesi bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında sürətli və uğurlu dinamika ilə inkişaf etməkdədir. “Dənizçi Günü”nün peşə bayramı kimi qeyd edilməsi təbii ki, təsadüfi deyil. Çünki, bu şərəfli və çətin peşəyə ömrünü, gününü həsr etmiş insanlara qayğı, onların sosial rifahının yaxşılaşdırılması hər zaman dövlətimizin diqqət yetirdiyi sahələrdəndir. Eyni zamanda Dövlət Başçısı tərəfindən dəniz nəqliyyatı sahəsində səmərəli fəaliyyət göstərən qabaqcıl işçilərin təltif edilməsi məhz həmin diqqət və qayğının bariz nümunəsidir.  Hazırda respublikamızda fəaliyyət göstərən dənizçilik şirkətlərində, limanlarda, gəmi təmiri və inşası müəssisələrində, habelə dənizçilərin hazırlanmasını həyata keçirən tədris müəssisələrində ümumilikdə 20 min nəfərdən çox dənizçi çalışmaqdadır.

 Əziz dənizçilər! Sizi bir daha peşə bayramınız münasibətilə ürəkdən təbrik edir, sizə çətin və məsuliyyətli işinizdə uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi