Dövlət qulluqçularının peşə bayramı

 Azərbaycanda dövlət qulluqçuları ölkənin məşğul əhalisinin 0,6 faizini təşkil edir.

 Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. 

 Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə gəlişi ilə ölkəmizdə ictimai - siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. 

 Azərbaycan Respublikasında bu gün də dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binaların tikilməsi və maddi - texniki bazanın gücləndirilməsi, dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi dövlət qulluğuna göstərilən diqqət və qayğının bariz nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi