Xəlil Rza Ulutürk istiqlalçılıq və türkçülük timsalıdır

 

  Kim qorumur öz dilini,

  İtsin mənim gözümdən qoy ilim – ilim!

 Vətənpərvərlik duyğuları ilə zəngin ictimai – siyasi mövzulu yaradıcılığı xalqımızın bədii – poetik fikir salnaməsinin parlaq səhifələrini təşkil edən Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Salyan rayonunun Pirəbbə kəndində anadan olub. Yaradıcılığı boyu qələmə aldığı misralarında vətən məhəbbəti, torpaq sevgisi, sülh, əmin – amanlıq, azadlıq kimi dəyərlər ana xətt olaraq davam etmişdir. Əzəmət, məğrurluq, qürur misralarından sezilərək ədəbi nümunələrini bəzəmişdir. Azərbaycanı sevən, onun müstəqil dövlət olması arzusu ilə yaşayan və çarpışan, bütün buxovları qırmaq, zəncirləri yox etmək, müstəmləkə və zülmün qarşısına sədd çəkmək istəyi onu azadlıq şairinə çevirdi. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş, təsdiq etmiş şairlərdəndir. Başqa sözlə, vətənpərvər şair olmaq üçün ilk öncə vətənpərvər insan olmaq lazımdır.  

 Xəlil Rza poeziyasının səciyyəvi cəhətlərindən biri şeirinin təsirli, yanıqlı olması, daxili həyəcan və təlatümləri dilləndirməsidir. Həyatın acı həqiqətlərini, ziddiyyətlərini şeirinə gətirərək münasibət bildirən Xəlil Rza Ulutürk dramatik poeziya ustasıdır. Şairin “Məndən başlanır Vətən”, “Yanardağ”, “Ömürdən uzun gecələr”, “Hara gedir bu dünya”, “Dözümlü ol, dəli könlüm”, “Qalx ayağa, Vətənim” kimi əsərləri azərbaycançılığın, vətənçiliyin tərkib hissəsidir.

 1994-cü il iyunun 22-də bədii yaradıcılığının barlı – bəhərli çağında şairin vətən eşqi, xalq məhəbbəti ilə çırpınan ürəyi döyünməkdən qaldı. Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olundu.

 #Evdəqal #EvdəXatırla

 #301nömrəliməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi