Birincilərin "Son zəng" təbriki
Dünyada hər şey ilkdən başlayır. İlkinlik böyük bir yolun başlanğıcı, həm də nəyinsə sonudur. Məktəb illərinin də, ilki, sonu var. Bu il "Son zəng" virtual şəkildə qeyd olundu. Son zəng isə müstəqil həyatın başlanğıcıdır. Son zəng həm də estafetin birindən digərinə ötürülməsi ilə əlamətdardır. Bu ilki məzunlar da ənənəyə sadiq qalaraq estafeti birincilərə ötürdülər, biliklərin rəmzi açarını onlara təqdim etdilər. Məktəb rəhbərliyi və pedaqoji heyətin təbrikinin ardından, sonda birincilər də öz növbəsində məzunları təbrik etdilər və onlara layiqli vətəndaş olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladılar.