Birincilərin son dərsi
COVID-19 pandemiyası üzündən sosial təcrid zərurətilə üzləşdiyimiz bir vaxtda ən həssas təbəqələrdən biri, bəlkə də birincisi uşaqlardır. Övladlarımızın hərtərəfli inkişafında vacib şərtlərdən olan təlim- təhsil sahəsində valideynlərdən çox müəllimlərin rolu ön plana çıxır. Belə ki, ən mürəkkəb şəraitdə belə şagirdlərin istər mənəvi, istərsə də zehni və cismani inkişafı kimi həyati məsələlər məhz müəllimlik kimi şərəfli peşə sahiblərinin öhdəsinə düşür.
Koronavirus pandemiyasının yayılması səbəbindən məktəbə gedə bilməyən şagirdlər üçün təhsilin tək mənbəyi onlayn dərslərdir. Şagirdlərin onlayn dərslərə cəlb edilməsi onların üz-üzə təhsilini tam əvəz etməsə də, dərsdən kənar qalmamaları üçün bir vasitə sayılır. Bütün bu proseslərin təşkilində rəhbərliyin diqqəti və dəstəyi böyükdür. Dərslərini onlayn şəkildə təşkil edən siniflərdən biri də məktəbin birinci sinifləridir. Aprelin 2-dən etibarən “Virtual məktəb” layihəsinə qoşularaq təhsilini davam etdirən birincilər 2019-2020-ci tədris ilinin son dərsini keçiblər. I siniflərin rəhbərləri öz şagirdlərinə yay tapşırıqlarını verərək, dövlətimiz tərəfindən verilən göstərişlərə əməl etsək , əl-ələ verib, sağlamlığımızın və təhsilimizin qayğısına qalsaq bir xalq kimi bu çətin imtahandan alnı açıq, üzü ağ çıxacaqlarını söyləyiblər.
#BizBirlikdəGüclüyük
#EvdəQalaq #SağlamQalaq
#301nömrəliməktəb