Tərəvəzləri tanıyaq
Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədi ilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Bu proses dünya ölkələrinin əksəriyyətini əhatə etdiyindən, YUNESKO təhsildə yaranan fasilələri məhdudlaşdırmaq üçün distant təhsil proqramlarından istifadəni tövsiyə edib. Virtual şəkildə şagirdi idarə etmək müəllimdən tamam başqa bacarıqlar istəyir. Burada yenə hamı üçün aydın olan bir məsələ yada düşür: yaradıcı müəllim. Məktəbin yaradıcı müəllimlərindən Ia sinif rəhbəri Əskərova Mahrux şagirdləri ilə əyləncəli vaxt keçirmək məqsədi ilə təsviri incəsənət dərsində maraqlı layihəyə imza atıb. Müəllim şagirdlərinə gündəlik qidamızda mütləq meyvə - tərəvəzlərdən istifadə edilmənin vacibliyini, onların insan sağlamlığına faydalarını izah edib. Şagirdlər də öz növbəsində meyvə - tərəvəzlərə aid gözəl rəsm nümunələri hazırlayaraq müəllimlərinə göstərmişlər.