Virtual dərslər

 Qlobal miqyas alan koronavirus təhlükəsi cəmiyyətin bütün sosial - iqtisadi həyatı kimi, təhsilə də təsirsiz ötüşməyib. Aprelin 2-dən etibarən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilməsi də pandemiya ilə bağlı yaranan mürəkkəb vəziyyətdə təhsilin məzmun keyfiyyətini qorumaqla tədrisin formatında dəyişiklik etmək zərurətindən irəli gəlib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. "Virtual məktəb" layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu layihənin ən böyük üstünlük və yeniliklərindən biri zəruri bilik və vərdişlərin qazanılmasında, təhsil almaq istəyənlərin əsasən müstəqil və onlar üçün uyğun vaxtda, uyğun yerdən əldə etmək imkanlarının reallaşmasıdır. 

 Məktəbin müəllimləri də, "Virtual məktəb" layihəsinin verdiyi üstünlüklərdən maksimum dərəcədə yararlanaraq şagirdlərinin təhsildən geri qalmaması üçün çalışırlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi