Virtual dərslər davam edir

 Mövcud şəraitlə əlaqədar olaraq əhalinin həyat və sağlamlığının qorunması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə hamı kimi müəllimlər də məsuliyyətlə yanaşırlar. Vətəndaşların sağlamlığını hər şeydən üstün tutan dövlətimiz tərəfindən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həqiqətən də vacib və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hər bir Azərbaycan vətəndaşı bu işdə məsuliyyətli vətəndaş mövqeyi nümayiş etdirməli, qoyulan bütün tələb və qadağalara ciddi əməl etməlidir. Şagirdlərin təhsildən geri qalmaması, onların gündəlik dərs proqramına yiyələnməsi istiqamətində də müxtəlif tədbirlər görülür, dərslər onlayn, distant formada keçirilir. Aprelin 2-dən start verilən "Virtual Məktəb" layihəsi müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün böyük imkanlar yaradır.  Müəllimlər "Microsoft Teams" proqramı ilə onlayn formada keçirilən dərslərin maraqlı alınması üçün şagirdləri ilə birgə fikir mübadiləsi aparır, onların tapşırıq və testlərini yoxlayır, növbəti günün dərs proqramı barədə məlumat verir və suallarını cavablandırırlar. 

 Müəllimlər şagirdlərinə "Evdə qal, dərsdən qalma!" prinsipi ilə işlərini davam etdirməli, birgə çalışmalı olduqlarını bildiriblər. 

#EvdəQal #TəhsildənQalma

#301nömrəli məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi