Rəsul Rzanın anadan olmasının 110 illik yubileyi

 Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, ictimai xadim Rəsul Rza özündən sonra zəngin irs qoymuş sənətkarlardan biridir. Novator düşüncəli şairin yaradıcılığında incə ruhlu lirika, hadisələrə aydın münasibət, kəskin mühakimələr özünü qabarıq göstərir. O, insanları hörmətlə, məhəbbətlə yaşamağa, şərəfli ömür sürməyə çağırır:

  ...İnsan qardaşlığı,

  İnsan ülfəti yaradın.

  Qəlbinizdə məhəbbəti artırın, 

  Böyük olsun, qaynar olsun!

  İnsan məhəbbətilə 

  Yer üzü bahar olsun! 

 Xalqımızın dahi şəxsiyyətlərini yaddaşlarda yaşatmaq üçün həsr etdiyi əəsərləri və uğurlu tərcümələri ölməz şairin xalqını düşünən, onun sabahı üçün narahat olan bir insan olduğunu göstərir.

 2020-ci il Rəsul Rzanın 110 illik yublileyi ilə əlaqədar keçirilən tədbirlərə qoşularaq 301 nömrəli məktəb şairin həyat və yaradıcılığını işıqlandıran videoçarx hazırlamışdır. Məktəbin kitabxana müdiri Kəmalə Fətəliyeva və kitabxanaçı Səadət Quliyeva şagirdlərlə onlayn görüş təşkil etmiş və Rəsul Rza haqqında məlumat vermişdilər. Uşaqlar şairin şeirlərindən nümunələr gətirərək yaradıcılığını işıqlandırmışlar. Onlar bir daha Azərbaycan ədəbiyyatının zənginliyinin, yetişdirdiyi simalarının qüdrətinin şahidi olmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi