Azərbaycan Xalq Cümhuriyyəti - 102 il

 Bu gün bizim ən qürurlu günümüzdür. 28 May - bu gün M.Ə.Rəsulzadə başda olmaqla, bütün qurucu babalarımızı rəhmətlə anırıq. O zamankı ağır şərtlərdə, yoxdan var edərək bu dahi insanlar Azərbaycan dövlətini qurdular. 

 1918-ci ilin 28 mayında bu böyük şəxsiyyətlər respublika şəklində qurduğu dövlətin istiqlalını bütün cahana elan etdilər. 

 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, insanların dinindən, irqindən, milliyyətindən asılı olmayaraq bir dövlətdə yaşamağın, yəni insanlığın yaşayış formulasını təbliğ etdilər. 

 Təəssüf ki, cəmi 23 ay fəaliyyətdən sonra bolşeviklərin hücumu nəticəsində AXC devrildi. Ancaq istiqlal ideyası yenilmədi. 

 Xalq 70 ildən sonra , yəni 1991-ci ildə öz müstəqilliyinə qovuşdu. Bu gün Azərbaycan Respublikası 1918-ci ildə yaradılan Cümhuriyyətin varisi olaraq onun dəyərlərini yaşadır və inkişaf etdirir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi