Onlayn Yaradıcılıq Müsabiqəsi

 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. AXC-nin yaranmasının 102-ci ildönümü münasibətilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Pərvanə Şabanova və UBR Səlimə Mustafayevanın təşəbbüsü və təşkilatçılığı ilə məktəbin I-VIII sinif şagirdləri arasında onlayn yaradıcılıq müsabiqəsi keçirilmişdir. Yaradıcılıq müsabiqəsində şagirdlər fəal iştirak etdilər. 

 Müsabiqəni keçirməkdə məqsəd müstəqillik tariximizin şanlı səhifəsi olan AXC-nin yaranmasının 102 illik tarixini xatırlamaq və şagirdlərin yaddaşına həkk etməkdən ibarət olmuşdur. Müsabiqədə I yerin qalibi 7c sinif şagirdi Hüseynzadə Məryəm Anar qızı, II yerin qalibi 6b sinif şagirdi Şəfiyev Rəvan Ruhil oğlu, III yerin qalibləri isə 5c sinif şagirdi Cabbarlı Zeynəb Asəf qızı və 7c sinif şagirdi Baxışzadə Yusif Vüsal oğlu olmuşdur. 

#EvdəQal #EvdəYarat

#301nömrəliməktəb   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi