28 May Respublika Günü!

 28 May Respublika Gününü 1b sinif şagirdləri də, böyük sevinclə qarşıladı. Müstəqil Azərbaycanın müstəqil övladları Cümhuriyyətimizin 102-ci ildönümünü qeyd etdi. Sinif rəhbəri Əhmədova Kamilə şagirdləri ilə onlayn görüş keçirərək Azərbaycanın ilk dəfə 1918-ci ildə əldə etdiyi müstəqilliyi, üçrəngli bayrağımızın ilk dəfə dalğalandığı o günləri şagirdlərin yaddaşlarına həkk etdi. 

 "Bir kərə yüksələn bayraq bir daha enməz" sözlərinin bizim üçün nə qədər önəmli olduğu şagirdlərin diqqətinə çatdırıldı.

#EvdəQal #EvdəXatırla

#301nömrəliməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi