Onlayn videotəqdimat müsabiqəsində şagirdlərin iştirakı
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında 28 may-Respublika Gününə həsr edilmiş onlayn videotəqdimat müsabiqəsində məktəbin şagirdləri fəal şəkildə iştirak etmiş və müxtəlif videoçarxlar hazırlamışlar. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximiz haqqında biliklərini möhkəmləndirmək, şagirdləri baş verən ictimai-siyasi prosesləri daha dərindən öyrənməyə həvəsləndirmək, onların ədəbi-bədii təfəkkürünün düzgün istiqamətdə formalaşmasına və özünüifadə qabiliyyətinin inkişaf etdirilməsinə təkan vermək, habelə xüsusi istedada malik uşaqları üzə çıxarmaqdan ibarət olmuşdur.
Müsabiqə iştirakçıları "Müstəqillik tariximizin şanlı səhifəsi" başlığı altında təqdimatla çıxış etmiş və müsabiqənin məktəbdaxili mərhələsinin qalibi olmuş videotəqdimat BŞTİ-nin elektron poçt ünvanına göndərilmişdir.