Hansı Peşənin sahibi olmaq istərdin?
Məktəbin I siniflərində Azərbaycan dili fənnindən "Peşələr" mövzusunda keçirilmiş onlayn dərslər zamanı müəllimlər peşələr haqqında şagirdlərə ətraflı məlumat vermişdir. "Hansı peşənin sahibi olmaq istərdiniz?" sualı ətrafında aparılmış müzakirələr zamanı uşaqlar sevdikləri peşə adlarını söyləmiş, müəllimlər isə öz növbəsində hər bir peşə sahibinin bir-birinə ehtiyacının olmasını vurğulamışlar. Aparılmış müzakirələrdən sonra şagirdlər mövzu ilə bağlı testlər işləmiş və nəticələrini müəllimləri ilə bölüşmüşlər.
#EvdəQal #TəhsildənQalma
#301nömrəliməktəb