Virtual gəzinti
Onlayn dərslərimiz öz axarı ilə davam edir. Məktəbin ibtidai sinif müəllimi Muradova Gülnarə rəhbərlik etdiyi 3ç sinfi ilə təsviri incəsənət dərsində "Muzeylər" mövzusunu öyrənərkən #EvdəQal, EvdəÖyrən devizi altında virtual olaraq "Azərbaycan Milli İncəsənət Muzeyi"-nə və "Azərbaycan Xalça Muzeyi"-nə səyahət etmişlər. Şagirdlər eksponatlarla tanış olaraq, onların tarixi haqqında məlumatlar əldə etdilər. Virtual səyahət şagirdlərdə xoş təəssüratlar yaratdı və mövzunu daha yaxşı qavramağa kömək etdi.