Virtual sinif təşkilat saatı keçirildi

 18 may 1992-ci ildə Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün nəticəsi olaraq keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal olundu. Rayon 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarətdir. Rayonun ərazisində 300-ə yaxın tarixi mədəniyyət və memarlıq abidələri olmuşdur. Bu il Laçın rayonunun işğalından 28 il keçir. Bununla əlaqədar məktəbin tarix müəllimi Ələkbərova Sevinc "Microsoft Teams" proqramı vasitəsi ilə 6c sinifində sinif təşkilat saatı təşkil etmişdir. Sinif təşkilat saatını təşkil etməkdə məqsəd Laçında olan tarixi abidələrə virtual səyahət etmək, uşaqları burada olan tarixi abidələrlə və Laçının ecazkar təbiəti ilə tanış etməkdən ibarət olmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi