"Məktəb psixoloqundan tövsiyələr": Həyəcan və aqressiyanın korreksiyası
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən sosial-maarifləndirmə layihəsi davam edir.
"Məktəb psixoloqundan tövsiyələr" adlı sosial-maarifləndirmə layihəsi çərçivəsində hazırlanmış 8-ci videoçarxda Bakı şəhəri 204 nömrəli məktəbin psixoloqu Nigar Quliyeva "Həyəcan və aqressiyanın korreksiyası" mövzusunda tövsiyələrini təqdim edir.
Layihənin əsas məqsədi valideyn və şagirdlərə sosial təcrid günlərində onlayn psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığı artırmaq və sosial yardımlaşma imkanlarını genişləndirməkdən ibarətdir.