18 May Laçının işğalı Günüdür!
18 may 1992-ci il tarixində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi Laçın rayonu işğal edilib. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib.
Məktəbin ibtidai sinif müəllimi Qurbanova Vüsalə rəhbərlik etdiyi 3c sinif şagirdləri ilə onlayn görüş təşkil etmiş və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı şagirdlərinə ətraflı məlumat vermişdir. Şagirdlər də öz növbəsində bu işğala münasibət bildirmiş və vətənpərvərlik mövzusunda səsləndirmiş şeirlərini müəllimləri ilə bölüşmüşlər.