"Virtual Məktəb" portalında onlayn dərslər davam edir

 Mövcud vəziyyətlə əlaqədar karantin vəziyyəti elan edildikdən sonra məktəbin müəllimləri "Whatsapp" və "Zoom" proqramları vasitəsilə dərslərini qurur və şagirdlərinin proqramdan geri qalmamasına çalışırlar. "Virtual məktəb" layihəsi elan edildikdən sonra "Microsoft Teams" proqramının üstünlüklərini görən müəllimlər buraya keçid etməkdədirlər. Müəllimlərimiz onlayn şəkildə dərslərini keçməklə yanaşı müxtəlif testlər, tapşırıqlar yerləşdirərək şagirdlərinin mövzunu daha yaxşı mənimsəməsini təmin etmiş olurlar. 

 Böyük həvəslə şagirdlərinə dərs keçən müəllimlərə bu çətin və məsuliyyətli işlərində uğurlar və yeni-yeni nailiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi