Biz saatı öyrənirik
Məktəbin I sinif şagirdləri riyaziyyat fənnindən saat mövzusunu sevimli müəllimlərinin sayəsində sevə-sevə öyrəndilər. Onlayn şəkildə sinif rəhbərləri saat mövzusunun izahını vermiş və bununla da, saatın, dəqiqənin, saniyənin anlamının şagirdlər tərəfindən mənimsənilməsinə nail olmuşlar. Müəllimlər vaxtın, zamanın insan həyatında çox dəyərli bir amil olduğunu söyləmiş, şagirdlər də öz növbəsində hazırladıqları saatlar vasitəsilə mövzunu mənimsədiklərini əyani şəkildə sübut etmişlər.