Yaddaşımdan silinməyən Şəhidim
Bugün şəhid Seymur Məmmədovun doğum günüdür. 12 may 1974-cü ildə anadan olan Seymur Məmmədov Vətən uğrunda böyük şücaətlə mübarizə aparan igid Azərbaycan oğludur. " Mən Həzi Aslanovun yolunu gedəcəyəm" deyərək valideynlərinin qəlbini fərəhləndirən Seymur Məmmədov 28 mart 1994-cü ildə şəhidlik zirvəsinə ucalmışdır. Məktəbin şagirdləri mövcud vəziyyətlə əlaqədar bugün evdə olsalar belə böyük qürur hissi ilə yaddaşlarından silinməyən şəhidlərini yad etmiş, şəhidin şəninə şeirlər səsləndirmiş və xoş sözlər söyləyərək qəhrəman Azərbaycan oğlunu xatırlamışlar.
#EvdəQal #EvdəXatırla
#301nömrəliməktəb