Süleyman Sani Axundovun "Qorxulu nağıllar" başlığı altında dərc olunan hekayələrin müzakirəsi keçirildi

 11.05.2020-ci il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Pərvanə Şabanova və UBR Səlimə Mustafayevanın təşəbbüsü, kitabxanaçı Səadət Quliyevanın təşkilatçılığı ilə #EvdəQal #MütaliədənQalma şüarı altında onlayn görüş keçirildi. Onlayn görüş ədəbiyyat müəllimi İsmayılova Elnarə və 7b sinif şagirdləri ilə təşkil edildi.

 Bu görüşdə XX əsr Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində özünəməxsus yeri olan nasir, dramaturq və maarifpərvər S.S.Axundovun  "Qorxulu nağıllar" başlığı altında dərc olunan hekayələri müzakirə edildi. Şagirdlər hekayələr barədə ümumi məlumat verdikdən sonra onların müxtəlif fikirləri dinlənildi. Müzakirədə qarşılaşdıqları problemlərlə qorxmadan mübarizə aparıb, onlara sinə gərməyi bacaran balaca qəhrəman obrazlara qarşı şagirdlərimizdə rəğbət hissi oyandı və onlarda gələcəyə inam hissi aşılandı. Şagirdlər onlayn görüşdə oxuduqları hekayələri müasir dövrümüzlə əlaqələndirməyi də unutmadılar. Müzakirə zamanı şagirdlərin dünyagörüşünün formalaşmasında mütaliənin əvəzsiz rolu vurğulandı. Eyni zamanda mövcud vəziyyətdə vaxtın səmərəli keçirilməsi üçün məlumat xarakterli kitablardan və bədii ədəbiyyatdan faydalanmaq tövsiyyə olundu.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi