9 May Qələbə Günü
Qələbə Günü - Böyük Vətən Müharibəsinin başa çatdığı gün. 1945-ci il mayın 8-dən 9-na keçən gecə alman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzalamış və bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.
Məktəbin müəllimləri də, bugün keçmiş olduqları onlayn dərslər zamanı şagirdlərə Qələbə Günü ilə bağlı məlumat vermiş və bu qələbənin mahiyyətini şagirdlərin diqqətinə çatdırmışlar.