Şuşasız 28 il
8 may 1992-ci il tarixində Azrbaycanın dilbər guşələrindən olan Şuşa şəhəri erməni silahlı birləşmələri tərəfindən işğal edilib. Şuşanın işğalı nəticəsində yüzlərlə günahsız vətəndaş qətlə yetirilib, yaralanıb və öz yurdundan didərgin düşüb. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv edib və ya erməniləşdiriblər.
Məktəbin ibtidai sinif müəllimi Adıgözəlova Aygünün rəhbərliyi ilə 2ç sinif şagirdləri Şuşasız keçən 28 ili böyük təəssüf hissi ilə xatırlamış, şeirlər söyləmiş və qədim Şuşamızı əks etdirən rəsm nümunələri çəkmişlər.
#EvdəQal #EvdəXatırla
#301nömrəliməktəb