Balaca Fidanların Əl işləri

301 nömrəli məktəbin məktəbəhazırlıq qrupları ev şəraitində öz təhsillərini böyük həvəslə davam etdirirlər. Hər gün müəllimlərinin verdikləri tapşırıqları böyük həvəslə yerinə yetirən şagirdlər gözəl əl işləri hazırlayaraq onları müəllimləri ilə bölüşürlər. Evdə qalmalarına baxmayaraq təhsildən geri qalmamağa çalışan balaca fidanlarımıza müvəffəqiyyətlər arzu edirik.