Onlayn Pedaqoji Şura iclası keçirildi

    22.04.2020-ci il tarixində 301 nömrəli məktəb kollektivinin iştirakı ilə Onlayn Pedaqoji Şura iclası keçirildi. İclasın gündəliyində duran əsas məsələlər:

1. Onlayn dərslərin təşkili və keçirilməsi

2. Virtual məktəb portalı üzrə şagird və müəllimlərin qeydiyyatı

3. 9-cu sinif buraxılış imtahanlarının nəticələri ilə I yarımil qiymətlərinin müqayisəli təhlili idi.

    İclası giriş sözü ilə açan məktəbin direktoru Sevda Sarıyeva Onlayn dərslərin təşkilində fəallıq göstərən müəllimləri alqışlayaraq onlara işlərində müvəffəqiyyətlər arzuladı. Daha sonra 9-cu siniflərin imtahan nəticələrini təhlil edən məktəb rəhbəri şagirdlərin imtahan nəticələri ilə I yarımil qiymətlərinin müqayisəli təhlilini aparıb növbəti mərhələdə şagirdlərin uğur qazanması üçün müəllimlərə dəyərli tövsiyyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi