Tarixi abidələrin mühafizəsi günü
18 aprel Tarixi abidələrin mühafizəsi günüdür.Bugün YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd isə dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.Tarixi abidələr zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışdır. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür.Ölkəmizin Qobustan, Gəmiqaya, Çıraqqala, Oğlanqala, Cavanşir, Əlincə, Buğurd, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə-Xatın, Yusif-ibn-Kuseyir türbəsi, Olcaytu Xudabəndə kimi məqbərələrimiz, Göy məscid, Şah Abbas məscidi, Cümə məscidi kimi dini ibadətgahlarımız, Şirvanşahlar sarayı, Şəki xan sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildən olan abidələridir. Hazırda işğal altında olan dünya əhəmiyyətli abidələrimiz Azıx və Tağlar mağaraları dünyanın ən qədim insan məskənlərindən biridir.
301 nömrəli məktəbin müəllimləri də onlayn dərslər zamanı bugünün əhəmiyyəti barədə şagirdlərə məlumat vermiş və tarixi memarlıq abidələrinin qorunmasının əhəmiyyətini şagirdlərinin diqqətinə çatdırmışlar.Şagirdlər də öz növbəsində tarixi memarlıq abidələrimizi əks etdirən rəsm nümunələri hazırlamışlar.