Onlayn dərslər davam edir
Məktəblərdə tədrisin fəaliyyəti dayandırılsa da, müəllimlərimiz tərəfindən tədris fəaliyyəti onlayn şəkildə öz axarı ilə davam edir. 301 nömrəli məktəbin bütün müəllimləri onlayn şəkildə öz dərslərini keçirlər. Valideynlər də öz növbəsində müəllimlərimizin bu qayğıkeş və məsuliyyətli addımlarını alqışlayaraq öz minnətdarlıq hisslərini böyük sevinclə ifadə edirlər. Şagirdlər isə müəllimlərinin verdiyi tapşırıqları həvəslə yerinə yetirirlər.