Ümumdünya Aviasiya və Kosmonavtika Günü
12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika günüdür. Məktəbin tarix müəllimi Ələkbərova Sevinc onlayn şəkildə öz şagirdləri ilə 12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günü ilə bağlı müzakirələr aparmış və ətraflı məlumatlar vermişdir. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Yuri Qaqarin orbitə çıxıb."Vostok" kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib. 9 aprel 1962-ci il tarixindən sonra 12 aprel tarixi Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Azərbaycanda bu sahənin inkişafı 2008-ci ildə prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamdan sonra başlayıb. Artıq dünya kosmik sənayesinin bir üzvünə çevrilən ölkəmiz kim bilir bəlkə də, yaxın gələcəkdə həm də təcrübəli kosmonavtları ilə tarix yazacaq.