Zoom proqramı vasitəsilə Pedaqoji heyətlə görüş
07.04.2020-ci il tarixdə 301 nömrəli məktəbin kollektivi zoom proqramı vasitəsilə Pedaqoji heyətlə görüş keçirmişdir. Onlayn şəkildə təşkil edilmiş bu görüşdə direktor, direktor müavinləri və müəllimlər iştirak edirdi. Görüşü təşkil etməkdə məqsəd mövcud vəziyyətlə əlaqədar onlayn dərslərin təşkil edilməsi, şagirdlərin evdə təhsillərini davam etdirmə prosesi ilə maraqlanmaq və bu işdə qarşıya çıxan problemləri müzakirə etməkdən ibarət idi. Bununla yanaşı bütün şagirdlərin valideynlərin dəstəyi ilə virtual məktəb və digər proqramlardan istifadəyə cəlb etmə yolları ilə bağlı təkliflər irəli sürülmüşdür. Sonda rəhbərlik tərəfindən müəllimlərə dəyərli məsləhətlər verildi və qeyd edildi: Biz birlikdə güclüyük!