Distant təhsil
Koronovirus pandemiyasının qarşısının alınması məqsədilə artıq bir aydır ki məktəblərin fəaliyyəti dayandırılıb. Şagirdlərin dərsdən geri qalmaması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin gördüyü tədbirlərlə yanaşı 301 nömrəli məktəbin müəllim kollektivi də , həmrəylik nümayiş etdirərək şagirdlərin biliklərinin gücləndirilməsi məqsədilə Informasiya Komnukasiya Texnologiyalarından və müxtəlif proqramlardan istifadə etməklə distant təhlil formasında şagirdlərin evdə öz təhsillərini davam etdirməsində böyük köməklik göstərirlər. Məktəbin həm ibtidai, həm də V-XI siniflərində dərsləri tədris edən müəllimlər xüsusi fəallıq göstərirlər. Bu baxımdan xüsusi fəallıqları ilə seçilən müəllimlərdən ibtidai hissədə - M.Radə, Ə.Mahrux, A.Iradə, Q.Vüsalə, Ə.Kamilə, M.Validə, Ə.Səbinə, G.Əfruz, A.Vüsalə, M.Sevda, M.Gülnarə,
V-XI siniflərdə isə Azərbaycan dili müəllimləri- K. Sevinc, G.Aidə, M.Safurə,
Riyaziyyat müəllimləri- D. Kamil, C.Samirə,
Fizika müəllimləri- H.Əlövsət, M.Aynurə,
Tarix müəllimləri- Ə.Sevinc, Q.Pərvanə,
Biologiya müəllimi- B.Lətifə
İnformatika müəllimləri- Ə.Vəsilə, H.Fidan və digər müəllimlərin adlarını qeyd edə bilərik. Distant təhsil formasını tətbiq edib şagirdlərin təhsildən geri qalmaması üçün çalışan hər bir müəllimə dərin təşəkkürümüzü bildiririk.